Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 16:25

'Dinlə bağlı tədrisin məqsədi hamını dindar etmək deyil'


G.İsmayılov
G.İsmayılov

«Din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən ya dini tərbiyə, ya dini təhsil, ya da dinlə bağlı tədris yanaşmasından istifadə edirlər».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bunu orta və ali məktəblərdə dini dərslərin keçirilməsi ilə bağlı müzakirələri dəyərləndirərkən bildirib.

Sədr müavininin qeyd etməsinə görə, bununla bağlı neçə illərdir ki, müvafiq qurumlar arasında müzakirələr gedir, amma vahid yanaşma müəyyən oluna bilmir və ya ortaq məxrəc tapılmırdı.

Onun fikrincə, indi bu məsələdə ümumi fikir formalaşır. Sədr müavini qeyd edir ki, dövlət dini təhsil verə bilməz, amma dinlə bağlı bilgiləndirmə həyata keçirə bilər: «Dinlə bağlı tədris isə dinin və ya şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur. Bu isə bütünlükdə dünyəviliyə və Konstitusiyaya zidd sayılmır».

Din xadimlərinə, məscidlərin imamlarına dövlətin maaş verməsinə sizin münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Sədr müavini vurğulayır ki, orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və başqa fənlər tədris edilir. O deyir ki, bunda məqsəd heç də hamını riyaziyyatçı, fizik və ya ədəbiyyatçı etmək deyil. G.İsmayılov deyir ki, riyaziyyatçını və ya fiziki ali məktəb yetişdirir:

«Orta məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağlı zəruri bilikləri verir. Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya din xadimi etmək deyil, dinlə bağlı ümumi biliklər verməkdir. Bu bilikləri dövlət verməsə, başqaları, özü də dövlətin maraqlarına zidd şəkildə verəcək».

Xatırlatma

Son günlər Azərbaycanda orta məktəbdə dini bilgilərin verilməsi ilə bağlı müzakirələr gedir. Yeni tədris ilindən belə yeniliklərin olacağı istisna edilmir. Hərçənd, bəzi şəxslər də buna ehtiyac görmürlər.

S.Məmmədov
S.Məmmədov

Sahib Məmmədov: «Zəmanət yoxdur ki,...»

«Mən indiki halda orta və ali məktəblərdə dinlə bağlı bilgilərin tədrisinin əleyhinəyəm. Heç bir zəmanət yoxdur ki, müəllim bu bilgiləri tədris adı altında öz dini əqidəsini təbliğ etməyəcək».

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bunu gələn ildən orta və ali məktəblərdə dini bilgilərin tədris edilməsi ilə bağlı müzakirələrə qoşularaq deyib.

Onun fikrincə, indiki halda tərəfsiz, yalnız din tarixindən bilgilər verməklə kifayətlənən müəllimlər yoxdur: «Sovet dövründə «Elmi ateizm» fənni vardı, onun tədrisi zamanı həm də dinlər barədə məlumatlar yer alırdı. Bu mexanizm sındı. Müstəqillikdən sonra müxtəlif tərəfdən dini müdaxilələr başladı və bunun da nəyə səbəb olduğu artıq hər hansı şərh istəmir».

S.Məmmədovun deməsinə görə, bu sırada ilk problem dinə münasibətdə loyal müəllimlərin olmamasıdır. Onun fikrincə, bunu tədris etməyə icazə verilən müəllimin öz dini əqidəsini, məzhəbçiliyi təbliğ etməyəcəyinə zəmanət yoxdur.

«Belə bir nəzarət sistemi yoxdur, bu halda bu tədris legitimləşdikdən sonra nə baş verəcək? Hər kəs öz dini təəssübkeşliyini təbliğ etdikdə nə olacaq?», - deyə o, sual edir.

M.Quliyev
M.Quliyev

Deputat: «Dini məsələyə bir əllə yapışmaq olmaz»

«Hesab edirəm ki, bu məsələdə çox diqqətli olmaq lazımdır. Həm də unutmaq olmaz ki, Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Digər tərəfdən isə din də mənəviyyatdır, onu da boş buraxmaq olmaz».

Bunu isə deputat, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Musa Quliyev deyib.

M.Quliyev hesab edir ki, dini məsələyə «bir əllə» yapışmaq olmaz. Onun fikrincə, ekstremist və radikal dini cərəyanların ilk hədəfləri yeniyetmələr, gənclər olurlar: «Bu baxımdan, din fənni yox, dinlər haqqında ümumi bilgilər vermək daha yaxşı olar. Azərbaycanda 4 min 500 orta məktəb var. 4 min 500 belə müəllim lazım gəlir. Fikrimcə, əvvəlcə bunu könüllü fakültativlər kimi yuxarı siniflərə tədris etmək olar. Bu sahədə peşəkar kollektiv formalaşdırıldıqdan sonra, hesab edirəm ki, bu istiqamətdə tədrisdə problem olmaz».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG